Ermənistan malların ixracı üçün Avropadan cavab gözləyir

Videonun alt yazısı, Ermənistan malların ixracı üçün Avropadan cavab gözləyir
Ermənistan malların ixracı üçün Avropadan cavab gözləyir
Çap edildi

Avropa Parlamenti Ermənistan mallarına iki illik gömrük rüsumlarının tətbiqinin ləğvi təklifini dəstəkləyib.

Təklifi Avropa Komissiyası verib.

Qərarın qüvvəyə minməsi üçün onun Avropa İttifaqı Şurası tərəfindən də rəsmən təsdiqlənməsi tələb olunur.

Təklifin məqsədi Rusiyanın son aylarda Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərin yaratdığı itkiləri qismən kompensasiya etməkdir.

Yeni qaydalar təsdiqləndiyi təqdirdə Ermənistanın Aİ-na ixrac etdiyi məhsulların təxminən 80 faizi gömrük rüsumlarından azad ediləcək.