Yazıçı Əkrəm Əylisli Avropada ədəbi mükafata layiq görülüb

Yazıçı Əkrəm Əylisli Avropada ədəbi mükafata layiq görülüb

Şəklin mənbəyi, Plamen Press

Çap edildi
Oxuma vaxtı: 3 dəq

Azərbaycanlı yazıçı Əkrəm Əylisli hələ sovet dövründə yazdığı, lakin ingilis dilinə tərcüməsi yalnız indi işıq üzü görən "Adamlar və ağaclar" trilogiyasına görə Avropa Yenidənqurma və İnkişaf Bankının 2026-cı il üçün ədəbiyyat mükafatına layiq görülüb.

Hər il keçirilən müsabiqənin finalında üç müəllif mübarizə aparıb: Əyisli ilə yanaşı, finala polşalı fantastik janr yazıçısı Yacek Dukay "Buz" romanı ilə və misirli yazıçı Şadi Lyuis Şərqi Londondakı evsizlər sığınacağındakı şəxsi iş təcrübəsinə əsaslanan "Qrinviç xəttində" kitabı ilə yüksəliblər.

Əyislinin, daxilində çoxlu avtobiografik məqamlar saxlayan trilogiyasında İkinci Dünya müharibəsi illərində, kişilərin əksəriyyətinin cəbhəyə yollandığı və ağır işlərin, eləcə də sağ qalmaq qayğısının qadınların çiyinlərinə düşdüyü bir dövrdə sovet Azərbaycanının dağ kəndindəki həyatından bir oğlan uşağının gözü ilə bəhs edilir.

Münsiflər heyəti "üçüncü şəxsin adından ustadlıqla qurulmuş nəql etmə manevrini" yüksək qiymətləndiriblər: "burada uşaq, öz sadəlövhlüyü ilə mənasını çətinliklə dərk etdiyi yetkinlərin ehtiraslarını və cinayətlərini üzə çıxarır".

Münsiflər heyətinin sədri, tanınmış britaniyalı yazıçı və ədəbi tənqidçi Maya Yaqqi bildirib ki, "Ketrin E. Yanqın kitabın rus dilli mətnindən etdiyi parlaq tərcümə, qoz və nar dadı ilə zəngin, amansız, lakin eyni zamanda sehirli bir uşaqlığı yenidən canlandıraraq gizli bir dünyanı təqdim edir".

BBC-yə verdiyi müsahibədə Ketrin kitab üzərindəki iş təəssüratlarını bölüşüb:

"Adamlar və ağaclar" - Əkrəm Əyislinin erkən yaradıcılıq nümunələrindən biridir, lakin burada onun yetkinlik dövrü yaradıcılığının bütün əsas xüsusiyyətləri, o cümlədən hətta ikinci dərəcəli personajları belə yaddaqalan etmək kimi heyrətamiz istedadı özünü göstərir.

Kitab müharibə, aclıq, ekoloji dağıntı və məişət zorakılığı kimi ciddi mövzulardan qaçmır, lakin Əyislinin nəsri daim aydın, işıqlı və birtəhər ümidverici olaraq qalır.

Gənc hekayəçi Sadıq möcüzələr, işıq və hətta bir az sehirlə dolu bir dünyada yaşayır. Bu kitabı tərcümə etmək mənim üçün əsl zövq idi".

Əkrəm Əylisli

Şəklin mənbəyi, Plamen Press

Şəklin alt yazısı, Ketrin E. Yanq Əkrəm Əylisli ilə

Azərbaycan müstəqillik qazandıqdan sonra Əkrəm Əyislinin öz taleyi asan keçməyib.

Sovet dövründə ədəbiyyat və mətbuat sahəsində yüksək vəzifələr tutmuş yazıçı, ermənilərlə azərbaycanlılar arasındakı mürəkkəb münasibətlərin nəzərdən keçirildiyi kitabına görə öz ölkəsində dövlət mükafatlarından və dövlət pensiyasından məhrum edilib.

2012-ci ildə işıq üzü görən "Daş yuxular" kitabı mənfi emosiyalar dalğasına, şəxsi təhdidlərə, yazıçının kitablarının kütləvi şəkildə yandırılmasına və bir çoxlarının siyasi motivli hesab etdiyi cinayət təqibinə səbəb olub.

——

Tərcüməçi Ketrin E. Yanq və Qafqaz üzrə mütəxəssis Tom de Vaal 2025-ci ilin fevralında Əkrəm Əylisli ilə görüşüblər.

——

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Bu gün yazıçı Bakıda faktiki olaraq, ev dustaqlığında yaşayır.

"Qərb dünyasının mənim 60 il əvvəl yazdığım kitabıma göstərdiyi diqqət, mənim üçün gözlənilməz və sevindirici bir hadisədir, - Əkrəm Əylisli BBC-yə bildirib. - Lakin eyni zamanda bu, Azərbaycan ədəbiyyatının gücünün sübutudur".

20 min avro məbləğindəki mükafat müəllif və tərcüməçi arasında bərabər bölünəcək.

Digər iki finalçının müəllifləri və tərcüməçiləri isə hər biri 2 min avro alacaqlar.

AYİB-in Ədəbiyyat Mükafatı 2018-ci ildən bəri mövcuddur və Avropa Yenidənqurma və İnkişaf Bankının investisiya qoyduğu ölkənin ana dilində yazılmış və ötən il ərzində Avropa, Şimali Amerika və ya bankın fəaliyyət göstərdiyi ölkənin ərazisindəki nəşriyyat tərəfindən ingilis dilində nəşr olunmuş əsərlərə verilir.