Hindistan: etirazların ardından porno qadağa aradan qaldırılır

Şəklin mənbəyi, Getty
Hindistan kütləvi narazılığın ardından 857 pornosayta sərbəst girişi bərpa edəcək.
Telekom departamenti “uşaq pornoqrafiyasının olmadığı” internet saytları qadağan etməməyə çağırıb, PTİ agentliyi bildirir.
Hökumət mənəvi nəzarəti həyata keçirdiyini inkar edib və sadəcə uşaqların bu cür saytlara girişinə məhdudiyyət qoymağa çalışdığını bildirib.
İyul ayında Ali Məhkəmə hökuməti uşaq pornoqrafiyasının olduğu saytları blok etmək üçün tədbirlər görməməkdə ittiham edib.
Kommunikasiya və İnformasiya Texnologiyaları naziri Ravi Shankar Prasad çərşənbə axşamı rəsmilərlə görüşüb və qərara gəlib ki, İnternet provayderləri uşaq pornoqrafiyasının olmadığı saytları qapatmamalıdır.
Porno saytların qadağası xəbəri Hindistan sosial mediasında qəzəbə səbəb olub, bir neçə siyasətçi və vətəndaş cəmiyyətinin üzvləri bu addıma qarşı çıxıblar.
Hindistan hökuməti bildirib ki, o, Ali Məhkəmənin qərarına əməl edir və İnternetdə kommunikasiya azadlığına sadiqdir.




















