Misir böhranının anları - şəkillərdə

Çap edildi

Misir və hökumət əleyhinə nümayişlərin mərkəzi olan Təhrir Meydanında prezidentin vəzifəsindən kənarlaşdırılması elan edilərkən çəkilən şəkillər.

Təhrir Meydanındakı etirazçılar arasında Morsinin kənarlaşdırılması barədə bəyanat sevinc və atəşfəşanlıqla qarşılanıb - Reuters
Şəklin alt yazısı, Misir ordusu prezident Məhəmməd Morsini vəzifəsindən kənarlaşdıraraq Konstitusiyanı dayandırıb. Bu xəbər Təhrir Meydanında alqışla qarşılanıb.
General Abdul Fattah əl-Sisi prezidentin kənarlaşdırılması barədə bəyanatla çıxış edir - Televiziya kadrları
Şəklin alt yazısı, Misir Ordusunun komandanı general Abdul Fattah əl-Sisi prezidentin kənarlaşdırılması barədə bəyanatla çərşənbə günü canlı yayımda çıxış edib.
Qahirədəki gənclər iyulun 3-də elan edilmiş xəbəri sevinclə qarşılayıblar - Getty
Şəklin alt yazısı, General Sisi Konstitusiya Məhkəməsinin sədri Adli Mansurun müvəqqəti prezident olacağını elan edib. Təhrir Meydanındakı Morsi əleyhdarları xəbəri sevinclə qarşılayıblar.
Təhrir Meydanındakı etirazçılar - Reuters
Şəklin alt yazısı, Kütləvi çıxışlar ardınca iki sutka ərzində etirazçılarla razılığa gəlmək barədə ordu ultimatumu prezident Morsi tərəfindən rədd edib.
Təhrir Meydanı üzərində hərbi helikopter - Getty
Şəklin alt yazısı, Cənab Morsi və onun komandasındakı silahdaşlarının ev həbsinə alındığı deyilir.
Morsi tərəfdarlarının yerləşdiyi küçələrdə xüsusi təyinatlı qüvvələr yerləşdirilib - AP
Şəklin alt yazısı, Ötən gecə yer alan zorakılıq hallarından sonra Misir paytaxtının küçələrində xüsusi təyinatlı polis qüvvələri yerləşdirilib.
Damietta məhəlləsində əli bıçaqlı etirazçı stul aparır - AP
Şəklin alt yazısı, Morsi tərəfdarları ilə əleyhdarları arasında 4 gün davam edən toqquşmalar onlarla adamın ölümünə bais olub.