Azərbaycana xoş söz deyəni "Rusiyada həbs edirlər"

Videonun alt yazısı, Azərbaycana xoş söz deyəni "Rusiyada həbs edirlər"
Azərbaycana xoş söz deyəni "Rusiyada həbs edirlər"
Çap edildi

Azərbaycan haqqında yaxşı söz danışanları Rusiyada həbs edirlər. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Şuşa media forumunda İlham Əliyev bu barədə danışarkən, xeyli gülüb.

O, zarafatla deyib ki, Azərbaycan Prezidentinə müsbət sual verəni və bu ölkə haqqında xoş söz deyəni Rusiyada ya işdən çıxarırlar, ya tuturlar, ya da xarici agent elan edirlər.

O, jurnalist Mixail Qusman və əvvəlki forumda iştirak etmiş rusiyalı politoloq Sergey Markovla bağlı belə deyib.